Əməkdar artist Aybəniz Haşımova bacısı, Xalq artisti Şahnaz Haşımovanı ad günü münasibətiylə təbrik edib.


Moderator.az xəbər verir ki, müğənni birlikdə olan fotolarına bunları yazıb:






"Rəssam səslər doğulur bəzən dünyaya... Bəli, dünyaya çox səslər gəlir. Amma nəğmə dili ilə danışan səslər çox az doğulur. O səslər ki, insanın ruhuna toxunur, taleyinə çevrilir, ömrü boyu ürəyində yaşayır... Və xoş o insanların halına ki, o səslərlə qarşılaşırlar. Mənim kimi...



Sonra o səs məni ömrüm boyu müşayiət etdi...


Heç vaxt unutmaram... Gəncədə, Ulu Öndər Heydər Əliyevin qarşısında Fikrət Verdiyev mənə "Sarı bülbül" mahnısını oxumağı tapşıranda,mahnını, mahnının içində oxuduğum o Segah bəndini mənə ilk dəfə öyrədən Şahnaz xanım olmuşdu.


Şahnaz xanımın səsi: O səs mənim uşaqlığımdır, ata ocağımın nəfəsidir, anamın laylasıdır, atamın nəfəsidir, qanımı daşıyanların səsidir.


Şahnaz xanımın səsi Azərbaycanın, Gəncəmin səsidir!


Dünyaya gəlişin mübarək, anamın nəğməkar qızı".