TƏBİB-də kadr dəyişiklikləri davam edir.
 




Moderator.az Bakupost.az-a istinadən xəbər verir ki, qurumun daha iki vəzifəli şəxsi ilə əmək münasibətlərinə xitam verilib.
 
İşdən çıxarılanlar TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Orxan Ənvərli və Həssas əhali qrupları ilə iş departamentinin Əlillik məsələləri üzrə iş şöbəsinin müdiri Şöhrət Soyziyevdir.
 
Eyni zamanda, TƏBİB-də yeni təyinatlar da baş tutub. Belə ki, Elvin Bayramov İnzibati idarəetmə departamentinin rəhbəri vəzifəsinə təyin edilib.
 
Leyla Qurbanova isə İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin Daxili kommunikasiya şöbəsinin müdiri vəzifəsinə gətirilib.