Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib.


Moderator.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin sosial şəbəkə hesabında məlumat verilib.








“Tərəfdaşlığımızın 30 illiyini qeyd etdiyimiz vaxtda Aİ və Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini ilkin olaraq yekunlaşdırdı və yeni ikitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edildi.


Bizim əsas fokusumuz daha güclü dialoq, bağlantı və iqtisadi əməkdaşlıqdır”, - məlumatda qeyd olunub.