Tacikistanda - Pamir dağlarında əhalinin az yaşadığı ərazilərdə 5 bal gücündə zəlzələ baş verib.


Moderator.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Nüvə Mərkəzinin Geofiziki Tədqiqatlar İnstitutu məlumat yayıb.






Bildirilib ki, seysmik hadisə yerli vaxtla saat 11:58-də (Bakı vaxtı ilə saat 10:58 - red.) qeydə alınıb.


Yeraltı təkanların episentri ölkənin şərqində, Düşənbə şəhərindən 294 kilometr məsafədə olub.


İlkin məlumatlara görə, dağıntı və itki qeydə alınmayıb.