Minifutbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatında yarımfinal matçına çıxıb. 
 




Moderator.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Serbiya ilə üz-üzə gəlib. 
 
Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə bitib.
 
Oyunsonrası penaltilər seriyasında daha dəqiq oynayan millimiz adını finala yazdırıb.
 
Komandamız final görüşündə Ukrayna millisi ilə qarşılaşacaq. Görüş 4 iyunda baş tutacaq. 
 
Qeyd edək ki, Ukrayna millisi yarımfinal matçında Macarıstanı məğlub edib – 5:1.