İsrail Müdafiə Qüvvələri (SAXAL) qoşunlarının Livanın cənubundan qismən çıxarılmasına başlayıb.


Moderator.az xəbər verir ki, bu barədə "Al Jadeed" telekanalı məlumat yayıb.






"İsrail ordusu qoşunlarının bir hissəsini Dbeybindən çıxarmağa başlayıb", - materialda qeyd olunub.


Daha əvvəl ABŞ-nin Dövlət Departamentindən bildirmişdi ki, İsrail və Livan atəşkəs barədə razılığa gəlib.


Qeyd olunur ki, tərəflər Livan silahlı qüvvələrinin tam nəzarəti altında pilot zonaların yaradılmasını sürətləndirmək barədə anlaşıblar.