Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp 7-8 iyul tarixlrində Ankarada keçiriləcək NATO sammitində iştirak etmək üçün Türkiyəyə səfər edəcək.
Səfər NATO tədbiri çərçivəsində reallaşsa da, sammitdə ABŞ-ın birinci şəxs səviyyəsində təmsil olunması ciddi mətləblərdən xəbər verir. Trampın NATO-ya üzv olan əksər ölkələrin ünvanına sərt tənqidlər səsləndirdiyi, hətta ölkəsinin bu qurumdan çıxa biləcəyi ilə bağlı ciddi bəyanatlar verdiyi hər kəsə məlumdur. Belə olduğ uhalda Trampın sırf NATO sammitinə görə Ankaraya səfər etdiyi düşünmək yanlış olar.
ABŞ prezidentinin Ankaraya səfəri Türkiyə və bütövlükdə türk dünyasının regional güc kimi sürətlə artan rolu ilə bağlıdır.
Son illər Türkiyə və Azərbaycanın timsalında türk dünyasının nəinki regional, bir sıra hallarda qlobal proseslərə ciddi təsir göstərdiyi, bu proseslərə əhəmiyyətli dərəcədə yön verdiyi göz önündədir. Buna nümunə olaraq Donald Trampın Prezident İlham Əliyev və onun müdrik lderliyi haqqında səsləndirdiyi fikirləri yada salmaq, eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı böyük dövlət xadimi kimi xarakterizə etdiyini xatırlamaq kifayətdir. Bu baxımdan Trampın Türkiyə səfərində türk dünyası ilə münasibətlərin inkişafı istiqamətində müəyyən addımlar atacağı, yaxud bunun üçün yeni bir zəmin formalaşdıracağı ehtimalı böyükdür.
İstənilən halda, Trampın Türkiyəyə səfəri qardaş dövlətin siyasi nüfuzuna müsbət təsir göstərən mühüm bir addım, önəmli bir hadisədir. Bu fakt sübut edir ki, bu gün dünynın bir nömrəli super gücü olan ABŞ belə türk dünyası ilə hesablaşmağa ehtiyac duyur və proseslərin gedişatı göstərir ki, bütün dünya üçün xarakterik olan bu ehtiyac sürətlə böyüməkdə, kəskinləşməkdədir. Və əminliklə demək olar ki, Trampın səfərindən sonra digər qlobal güclərin də türk dünyası ilə yeni əməkdaşlıq cəhdlərinə şahid olacağıq.
Seymur ƏLİYEV