Sabah paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.


Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.






"Təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar 05 iyun tarixində saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələrinin, Mədən ərazisinin, Baksol yolunun, Binəqədi şosesinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq", - məlumatda qeyd olunub.