Ukrayna müdafiəçiləri  dronlardan istifadə edərək rusların hərbi logistika mərkəzinə çevirdiyi və düşmənin fəal şəkildə "Şahed" tipli kamikaze dronlarını atdığı Donetsk hava limanını atəş nəzarətinə alıblar.
 




Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, bu, müasir tarixdə bu tip ilk hərbi əməliyyatı həyata keçirən Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər qüvvələrinin 1-ci Əlahiddə mərkəzinin döyüşçüləri tərəfindən həyata keçirilib. 
 
Bu barədə mərkəzin mətbuat xidməti telegram-kanalda məlumat verib.
 
"Bölməmiz düşmən infrastrukturunu sistematik şəkildə yandırır, aerodromun fəaliyyətini qeyri-mümkün edir", - deyə hərbçilər bildiriblər.
 
Ukrayna dron operatorları Rusiya buraxılış qurğularını, nəqliyyat vasitələrini məhv edir və Donetsk hava limanının uçuş-enmə zolağında birbaşa heyətləri məhv edir. Eyni zamanda, hərbçilər düşmənin mobil atəş qruplarına və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirir və rusları uçuşları ləğv etməyə məcbur edirlər. 
 
"Mühəndislik avadanlıqlarını, yanacaq tankerlərini və loqistika mərkəzlərini məhv etməklə aerodrom ekosistemini tamamilə pozuruq", - deyə bölmə qeyd edib.
 
Ukrayna qüvvələrinin səyləri "Şahed" raket buraxılış qurğularının, Rusiyanın tikinti və avtomobil avadanlıqlarının və anbarlarının məhv edilməsi ilə nəticələnib.
 
Əməliyyata cavabdeh olan 1-ci əlahiddə PSQ mərkəzinin zabiti Serafim "Falko" Qordienko əməliyyatın olduqca kiçik bir qüvvə ilə həyata keçirildiyini vurğulayıb. Onlar rusların əməliyyat və strateji planlarını pozmağa müvəffəq olublar.
 
Bölmə həmçinin əlavə edib ki, bu yaxınlara qədər ruslar Donetsk hava limanında özlərini təhlükəsiz hiss edirdilər, lakin indi bu, düşmən üçün "tələ"yə çevrilib.
 
S.Laçın