Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir
05 Jun 2026, 10:40 12 baxış 1 dəq oxuma
Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Liqasında mübarizəyə başlayacaq.
Moderator.az xəbər verir ki, milli komanda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində İsveç seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma saat 18:00-da start götürəcək.
Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu Azərbaycan millisinin növbəti matçı iyunun 7-də Estoniyaya qarşı olacaq.