Hesablama Palatası Naxçıvandakı Dövlət Agentliyindəki auditin nəticələrini prokurorluğa təqdim edib
05 Jun 2026, 13:25 8 baxış 1 dəq oxuma
Hesablama Palatası Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi və onun tabeliyində olan qurumlarda dövlət vəsaitlərinin istifadə və idarə edilməsinə dair aparılmış auditin nəticələrini prokurorluq orqanına göndərilməsini qərara alıb.
Moderator.az Palataya istinadən xəbər verir ki, bununla bağlı qərar qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən Kollegiya iclasında qəbul edilib.
İclasda auditor Hafiz İsmayılbəylinin təqdim etdiyi Auditor hesabatı müzakirə olunub. Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi barədə qərar qəbul edilib. Eyni zamanda, audit zamanı dövlət vəsaitlərinin istifadə və idarə edilməsi sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunduğu nəzərə alınaraq, müvafiq materialların prokurorluq orqanına göndərilməsi qərara alınıb.