Bakıda keçmiş məhkum avtomobili qarət edib.
 




Moderator.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.
 
Yasamaldakı avtoyuma məntəqələrinin birində müştəriyə məxsus avtomobildən 4 300 manat dəyərində qızıl boyunbağı oğurlanıb.
 
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Şəhriyar Dəmirov müəyyən olunaraq saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.