Bakıxanovda yaşayış binasında yanğın söndürülüb.


Bu barədə Moderator.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.








Məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


17:50


Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.


Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.


Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.


Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.