“Qədir çox böyük sənətkardır. Hər kim onun haqda artıq-əskik danışırsa bu boşboğazlıqdan başqa bir şey deyil. Elə sənətkarların qədrini bilmək lazımdır. Yer üzündə milyonda bir Qədir Rüstəmov kimi xanəndə yetişir. Qədirin oxuduğu əsərləri onun kimi heç kim oxuya bilməz”.


Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.






O daha sonra Qədiri “Üzeyir ömrü” filminə necə razı salmağından danışıb:


“Bilirsiniz ki, Qədir Rüstəmov “Üzeyir ömrü” filmində Cabbar Qaryağdıoğlunun obrazını canlandırıb. Onu güclə bu rola razı saldım. Qədir özünəməxsis sənətkar idi, öz dünyası var idi. Hamı məndən soruşurdu ki, onu necə razı saldın? Çünki xasiyyətini bilirdilər. Qədirdən bir o film bu gün yadigar qalıb. Yaxşı ki, çəkildi. Qədiri sırf səsinə görə Cabbar Qaryağdıoğlunun obrazına dəvət etmişdim. Həm də obrazını yaratdığı xanəndəyə də oxşarlığı var idi” deyə Anar bildirib.