Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində açıq ərazidə yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.








Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində 100 kv.m. sahədə qamışlıq yanıb.


Yaxınlıqda yerləşən tikililər və kommunikasiya xətləri yanğından mühafizə olunub.