İran Livandan ABŞ-la aparılan danışıqlarda “sövdələşmə vasitəsi” kimi istifadə edir.


Moderator.az xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun CNN-ə müsahibəsində bildirib.








Aun deyib ki, bu, qəbuledilməzdir.


“Bu, sizin ölkəniz deyil, bizim ölkəmizdir və bizim məsuliyyətimizdir. Bizim ölkəmizin daxili işlərinə qarışmaq sizin işiniz deyil”, - Livan Prezidenti vurğulayıb.


Aun İranın dəstəklədiyi “Hizbullah”a da mesaj göndərib:


“Onlar başa düşməlidirlər ki, oturub danışmaqdan başqa yol yoxdur. Bu problemi həll etməyin yeganə yolu danışıqlar və diplomatiyadır”.