Kolumbiyada şaxtada baş verən partlayış nəticəsində yeddi nəfər həlak olub.


Bu barədə "La FM" məlumat yayıb.






Axtarış-xilasetmə əməliyyatı zamanı Kundinamarka bölgəsində "La Veqa" mədəninin daxilində baş vermiş partlayışdan sonra dağıntılar altında qalan yeddi işçinin meyitləri aşkar edilib.


Partlayışın səbəblərini aydınlaşdırmaq üçün araşdırma aparılır.