“Bu çağırışın arxasında hansı iqtisadi və siyasi maraqların durduğunu  nəzərə alsaq, Azərbaycanın Azərbaycanın Avrasiya İqtisadi İttifaqına girməsindən heç nə itirmərik...”
 




“Müharibəni uduzmuş Ermənistanın  ÜDM və həyat şəraitinin bizdən üstün olmasının səbəbini axtarsaq, elə ermənilərin bu birlikdən möhkəm yapışmasında görərik...”
 
“Ermənistan çıxmağa çalışdığı quruma bizim daxil olmağımız sabah “Rusiyanın Cənubi Qafqazdakı forpostu” da adlandırılmağımıza gətirib çıxarmaz ki?”
 
“Azərbaycan tərəfdən belə bir addım atılması, əlbəttə, mümkündür. Rusiya xarici işlər nazirinin müavini Qaluzinin Azərbaycana göndərdiyi bu mesajı heç də adı hal saymayın. Tez-tez dediyimiz kimi, siyasətdə təsadüfü heç nə yoxdur. Bu çağırışın arxasında hansı iqtisadi və siyasi maraqların durduğunu  nəzərə alsaq, Azərbaycanın bu birliyə girməsindən heç nə itirmərik. Əksinə, burada iqtisadi maraqlar üstünlük təşkil edir. Sadəcə olaraq Rusiya-Azərbaycan sərhədlərinin açılması, gömrük prosedurlarının aradan götürülməsi, mallara qoyulan gömrük rüsumlarının azaldılması və vahid tarifə keçilməsi istər Azərbaycanın, istərsə də Rusiyanın və Aİİ-yə daxil olan bütün ölkələrin xeyrinədir.”
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “Xəbər verildiyi kimi, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Moskva Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasına yardım göstərməyə hazırdır. Buna necə baxırsız? Azərbaycan tərəfdən belə bir addım mümkündürmü?” sualını cavablandıran siyasi analitik Tahir Cəfərli ifadə edib.
 
Biz vaxtilə bu birliyə üzv olsaydıq, indi bizim Rusiya ilə münasibətlərdə iqtisadi baxımdan heç bir problemimiz yox idi. Müharibəni uduzmuş Ermənistanın  ÜDM və həyat şəraitinin bizdən üstün olmasının səbəbini axtarsaq, elə ermənilərin bu birlikdən möhkəm yapışmasında görərik. Azərbaycanın isə bu birliyə qoşulmasına elə Ermənistan maneə olur”, -deyə davamında siyasi şərçi bildirib.  
 
“Ermənistan çıxmağa çalışdığı quruma bizim daxil olmağımız sabah “Rusiyanın Cənubi Qafqazdakı forpostu” da adlandırılmağımıza gətirib çıxarmaz ki?” sualına isə Tahir Cəfərli belə cavab verib: 
 
“Heç vaxt. Ermənilər yaxşı bilirlər ki, nə qədər Rusiya ilə Ermənistan arasında hərbi saziş var, onun başqa ölkələrlə bağladığı sazişlər fiksiyadır, heç bir nə iqtisadi, nə də siyasi əhəmiyyəti var. Ermənistan bu saat Rusiyanın forpostu olaraq qalır və onlar tam arxayındırlar ki, bunun əsasında onların dövlətçiliyi mövcud olmaqda davam edəcək. Ermənistan Rusiyadan uzaqlaşması üçün öncə hərbi sazişi ləğv etməlidir. Əgər bunu etmirsə, deməli hamını barmağına dolayıb. Ermənistan Rusiya ilə Hərbi sazişdən əl çəkən kimi İran əlini qoyacaq onun üstünə ki, bu ərazi mənimdir və geriyə - İrana qaytarılmalıdır.  Və ən maraqlısı, Ermənistanın İranın tərkibinə qaytarılması məsələsi İranla ABŞ arasında sövdələşmə predmeti ola bilər. Çünki əvvəl axır İran-ABŞ barışmalıdır və bu barışıq Ermənistanın İrana hədiyyə verilməsi ilə bitə bilər. Odur ki, Ermənistan hərbi sazişdən uzaqlaşmır. Siasətçinin hərəkəti isə onun qəlbinin güzgüsüdür. Ermənistanın Avropa İttifaqına can atması ancaq dildədir, əməldə deyil...”