"Avropada Rusiya ilə mümkün danışıqlar ideyası yenidən gündəmə gəlib, lakin vasitəçi və format məsələsi hələ də qeyri-müəyyəndir..."
 




Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Avropa ölkələri Moskva ilə birbaşa danışıqlardan uzaq durub.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
Avropada "danışıqlar pəncərəsi" müzakirəsi
 
Almaniyanın keçmiş kansleri Olaf Şolts 2022-ci ilin fevralında Vladimir Putinlə görüşən son Almaniya lideri olub. Həmin görüş Kremlə səfər zamanı uzun masa arxasında çəkilmiş fotoyla yadda qalıb və müharibənin qarşısını ala bilməyib. Hazırda Almaniya kansleri Fridrix Mers də indiyədək Putinlə birbaşa təmas qurmayıb.
 
O, daha əvvəl danışıqların yalnız atəşkəsdən sonra mümkün ola biləcəyini bildirib. Bununla belə, Berlin dairələrində son günlər "danışıqlar üçün pəncərənin açılması" ehtimalı müzakirə olunur. Almaniyanın xarici işlər naziri Yohann Vadeful da konfliktin artıq danışıqlar mərhələsinə yaxınlaşdığını qeyd edir.
 
Mümkün vasitəçilər və Avropada fikir ayrılığı
 
Çexiyanın baş naziri Andrey Babiş Fridrix Mersin Avropa İttifaqı adından Rusiya ilə danışıqlarda əsas nümayəndə ola biləcəyini təklif edib. Bu fikir Avropada yeni müzakirələrə səbəb olub. Lakin Berlin bu məsələyə ehtiyatla yanaşır və hazırda danışıqlar üçün real şərtlərin formalaşmadığını bildirir. 
 
Eyni zamanda Almaniya rəsmiləri Avropa İttifaqı və Ukrayna ilə koordinasiyanın vacibliyini vurğulayır. Ekspertlər isə hesab edir ki, hələlik Rusiya ilə birbaşa danışıqlar mexanizmi mövcud deyil və mümkün vasitəçi məsələsi vaxtından əvvəl gündəmə gətirilir.
 
Moskva və Kiyevin ziddiyyətli mövqeləri
 
Kreml nümayəndələri bildirirlər ki, mümkün vasitəçi :Putin haqqında həddindən artıq sərt açıqlamalar verməmiş: şəxslərdən biri olmalıdır və Fridrix Mers bu baxımdan uyğun hesab edilmir.
 
Eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenski birbaşa danışıqlar təşəbbüsü ilə çıxış edətək müharibənin dayandırılması üçün konkret görüş tarixinin müəyyənləşdirilməsini təklif edir. Lakin Rusiya tərəfi hələ də əvvəlki tələblərindən geri çəkilmir və danışıqlar prosesi qeyri-müəyyən olaraq qalır.