"Formula-1": Monako Qran-prisinin təsnifat mərhələsinin qalibi müəyyənləşdi
06 Jun 2026, 20:06 41 baxış 1 dəq oxuma
İtaliyalı pilot Kimi Antonelli "Mercedes" komandasının heyətində "Formula-1" üzrə dünya çempionatının altıncı mərhələsi olan Monako Qran-prisinin təsnifat mərhələsində qalib gəlib.
Moderator.az TASS-a istinadən xəbər verir ki, ikinci yeri "Red Bull" komandasının şərəfini qoruyan niderlandlı pilot Maks Ferstappen tutub.
Üçüncü nəticəni isə "Ferrari" komandasından britaniyalı Lyuis Hemilton göstərib.
Əsas yarış iyunun 7-də keçiriləcək. Start Bakı vaxtı ilə saat 16:00-a planlaşdırılıb.