Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus "Nəqliyyat Təlim Mərkəzi" MMC-yə yeni direktor təyin edilib.
 




Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, MMC-nin yeni rəhbəri Orxan Həsənovdur.
 
O bu vəzifədə Əyyub Kərimlini əvəz edib.
 
"Nəqliyyat Təlim Mərkəzi" 2004-cü ildə "Albalılıq Avtoparkı" adı ilə yaradılıb, 2025-ci ildə adı dəyişdirilib. Onun nizamnamə kapitalı 17.2 min manatdır.