Estoniyanın paytaxtı Tallində keçirilən cüdo üzrə böyüklər arasında Avropa Açıq Turnirində Azərbaycan millisi ilk yarış gününü 2 medalla başa vurub.
Moderator.az xəbər verir ki, Fidan Əlizadə (63 kq) gümüş medal qazanıb, Madina Kaisinova (+78 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Sabah daha 5 qadın cüdoçumuz mübarizəyə qoşulacaq.
İdman
Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar - FOTO
Mənbə:
moderator.az