Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 




Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində, Aeroport yolunda qeydə alınıb.
 
Elvin Səfərlinin idarə etdiyi “Changan” markalı, 77-XV-884 dövlət qeydiyyat nişanlı avtomobil Heydər Əliyev prospektində hərəkətdə olarkən piyada Mübariz Salmanovu vurub.
 
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 
Faktla bağlı araşdırma aparılır.