Bu barədə tanınmış afrikalı jurnalist "Micky Jnr" "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Məlumata görə, Mbappe zədə səbəbindən məşq prosesini tamamlaya bilməyib.
Təfərrüat hələlik açıqlanmır, lakin iyunun 8-də Fransa millisini 2026-cı il dünya çempionatından əvvəl Şimali İrlandiya ilə sonuncu yoldaşlıq oyunu gözləyir və bu qarşılaşmada fransalı futbolçuya istirahət verilə bilər.
Qeyd edək ki, Fransa yığması dünya çempionatının qrup mərhələsində Seneqal, Norveç və İraqla qarşılaşacaq. Didye Deşamın yetirmələri turnirdəki ilk oyunlarını iyunun 16-da Seneqala qarşı keçirəcəklər.