Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq
07 Jun 2026, 09:34 39 baxış 1 dəq oxuma
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda növbəti oyununa bu gün çıxacaq.
Moderator.az xəər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv yarımfinalda ABŞ seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Qeyd edək ki, Dünya Kubokunda mübarizəyə A qrupunda başlayan Azərbaycan millisi Madaqaskar (21:13), Çexiya (14:11) və Polşanı (20:13) məğlub edib, Niderlanda isə uduzub - 13:19. Komanda pley-in mərhələsində Litvaya (14:12), 1/4 finalda Almaniyaya (18:16) qalib gəlib.