ABŞ Silahlı Qüvvələri İrana məxsus iki pilotsuz uçuş aparatını (PUA) vurub.
 




Moderator.az bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı "X" platformasında məlumat yayıb.
 
"Bu gün ABŞ-nin Yaxın Şərqdəki qüvvələri Hörmüz boğazında beynəlxalq gəmiçiliyə təhlükə yaradan İrana məxsus iki ədəd zərbə tipli kamikadze pilotsuz uçuş aparatını vurub", - deyə komandanlığın paylaşımında qeyd edilir.