“Həm də ona görə ki, Ermənistanda haylar çoxluq təşkil edir, üstəlik, onların şurtvastlara, yəni Qarabağ ermənilərinə nifrəti var. Müxalifət isə əsasən şurtvastlardır...”
 




“Rusiyapərsət müxalifətin bütün cəhdləri boş yerədir.  Müşahidə və təhlillər göstərir ki, bütün parametrlərə görə parlament seçkilərində hazırkı Baş nazir və Nikol Paşinyan və tərəfdarları qalib gələcək.  Paşinyan və partiyasının qalib gəlməsi və seçilməsi Rusiyanın xeyrinədir.”
 
Bu fikirləri siyasi analitik Tahir Cəfərli  Moderator.az-ın “Nikol Paşinyanın və Rusiyapərəst müxalifətin 7 iyun seçkilərindəki qələbə şanslarını necə dəyərləndirirsiz?” sualını cavablandırarkən ifadə edib.
 
“Hətta Rusiyanın dəstəyi olmadan da Paşinyan və  tərəfdarları qalib gələcəklər. Həm də ona görə ki, Ermənistanda haylar çoxluq təşkil edir, üstəlik, onların şurtvastlara, yəni Qarabağ ermənilərinə nifrəti var. Müxalifət isə əsasən şurtvastlardır.
 
Xalq və Qərb: Avropa və Amerika Paşinyan və tərəfdarlarını dəstəkləyir. Ancaq bu o demək deyil ki, Paşinyan Rusiyaya qarşı gedəcək və yaxud onu Ermənistandan çıxaracaq. Burda əsas rolu İran oynayacaq”, - deyə davamında həmsöhbətimiz vurğulayıb.