Bu barədə İsrailin Milli Təcili Tibbi Yardım Xidməti "X" hesabında məlumat yayıb.
Həlak olan şəxs təxminən 35 yaşlarında kişidir. Yaralılardan ikisinin vəziyyəti ağır, digər üçünün vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.
Atəş açan şəxs zərərsizləşdirilib.
"Əsgərlər əlavə tibb heyəti ilə birlikdə digər terrorçuların tapılması üçün genişmiqyaslı axtarışlara başlayıblar və yaralılara tibbi yardım göstərirlər", - deyə İsrail ordusunun bəyanatında bildirilir.