Bakı şəhərində keçirilən Çövkən üzrə 2-ci dünya çempionatının ilk oyununda Azərbaycan və Özbəkistan milli komandaları qarşılaşıblar.
 




Bu barədə Moderator.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
 
Maraqlı və gərgin mübarizə şəraitində keçən görüşdə Azərbaycan millisi rəqibi üzərində üstünlük nümayiş etdirərək 4:2 hesabı ilə qalib gəlib.
 
Beləliklə, Azərbaycan millisi Çövkən üzrə 2-ci dünya çempionatına uğurlu start verib və turnirdə ilk qələbəsini qazanıb.