Yaxın Şərqdə gərginlik daha da artır, tərəflər arasında qarşılıqlı təhdidlər səslənməkdə davam edir.


Moderator.az xəbər verir ki, KİV-lərin yaydığı məlumata görə, İran tərəfindən İsrail istiqamətində dörd raket buraxılıb.






Məlumata münasibət bildirən İsrail rəsmisi Channel 14 telekanalına açıqlamasında “İsrail cavab verəcək” deyib.


İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə sosial şəbəkədə daha sərt bəyanatla çıxış edib.


“Bu gecə Tehran yanmalıdır!” – deyə Ben-Qvir paylaşımında yazıb.


 


(musavat)