Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Ermənistan Baş naziri Nikol Paşinyanı təbrik edib.


Moderator.az xəbər verir ki, Zurabişvili bu barədə özünün X səhifəsində yazıb.






“Bu gün Ermənistan qətiyyətlə azad, müstəqil və Avropa gələcəyini seçdi”, - Zurabişvili bildirib.


Qeyd edək ki, ekzit-poll nəticələrinə görə, hakim "Mülki Müqavilə" partiyası ciddi fərqlə irəlidədir.