Moderator.az bu haqda “Reuters” agentliyinə istinadla xəbər verir.
Bu əməliyyat İsrailin Beyrut şəhərinə güclü raket zərbələrinə cavab olaraq İranın İsarilə ballistik raket zərbələrindən və ABŞ prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahuya buna rəğmən İrana hücumlardan çəkinməyi tövsiyə etməsindən sonra baş verib. Tramp bildirib ki, İsrail və İranın yeni hücumları ABŞ-İran sülh danışıqlarına təsir etməyəcək və Netanyahunun təhlükəsiz olduğunu vurğulayıb. O, Livandakı hücumları dayandırmaqla geniş müharibəyə son qoymaq üçün razılaşma əldə etməyə çağırıb.
İsrail bazar günü Livandakı atəşkəs planından sonra ilk dəfə Beyrut ərazisinə hücumlar həyata keçirib. İran buna cavab olaraq İsrail hədəflərinə raket zərbələri endirib, bu isə ABŞ-İran danışıqlarına risk yaradıb. Son hərbi əməliyyatlar neft qiymətlərini 3%-dən çox artıraraq “Brent” fyuçersini 96 dolların üzərinə qaldırıb. İsrail müdafiə qüvvələri İran raketlərini müəyyən edib və müdafiə sistemləri vasitəsilə qarşısını alıb.
Tramp və Netanyahu bazar günü bir neçə telefon danışığı keçirərək əlavə hücumlardan çəkinməyi müzakirə ediblər. ABŞ və İran atəşkəs üçün razılaşmağa yaxın olsalar da, İsrail Livanda hücumlarını dayandırmır. Netanyahu bildirib ki, İsrailin Beyrutun cənub kənarına endirdiyi zərbələr “Hizbullah”ın atəşlərinə cavabdır.
ABŞ və İsrail apreldə İranla müharibəyə ara verdikdən sonra geniş münaqişə dayanıqlığa çatmayıb. Tramp istənilən sülh razılaşmasının İranın nüvə silahı hazırlamasını əngəlləməli olduğunu deyib. İran isə ABŞ və beynəlxalq sanksiyaların ləğvini, boğaz üzərində təsirinin tanınmasını və milyardlarla dollar aktivin azad edilməsini tələb edir. Netanyahu isə seçkilərdən əvvəl Livanda yeni atəşkəs elan etməməsi ilə daxili siyasi təzyiq altında qalıb.
S.Laçın