Mərkəzi Seçki Komissiyası növbəti parlament seçkiləri üçün bülletenlərin sayılmasını başa çatdırıb. Bütün 2005 seçki məntəqəsinin nəticələri hesablanıb.
 




Moderator.az bu haqda yerli mediaya istinadla xəbər verir.
 
Səslər aşağıdakı kimi paylanıb:
 
Lider 727.160 səs və ya 49,81 faiz səs toplayan "Vətəndaş sazişi" partiyasıdır.
 
İkinci yerdə isə tam 23,29% (340.062 səs) toplayan "Güclü Ermənistan" partiyalar alyansıdır.
 
Üçüncü yeri 9,94% (145.097 səs) ilə "Ermənistan" partiyalar alyansı tutur.
 
Çiçəklənən Ermənistan Partiyası 4.00% (58.368 səs) ilə dördüncü yerdədir.
 
Beşinci yerdə qərarlaşan "Birlik Qanadları" partiyası hazırda 2,30% (33.618 səs) səs toplayıb.
 
Müvafiq olaraq, minimum həddi 4 siyasi qüvvə aşır: "Vətəndaş Sazişi", "Güclü Ermənistan" alyansı, "Ermənistan" alyansı və Çiçəklənən Ermənistan Partiyası.
 
S.Laçın