Paytaxtın Süleyman Sani Axundov küçəsində yolda çuxur yaranıb.
Moderator.az xəbər verir ki, 90-RS-678 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobil hərəkətdə olarkən həmin çuxura düşüb.
Nəticədə avtomobilə ciddi ziyan dəyib, bəzi ehtiyat hissələri sıradan çıxıb. /Unikal/