Araz çayında batan məktəblinin axtarışına dalğıclar cəlb olundu - YENİLƏNİB
08 Jun 2026, 11:42 34 baxış 1 dəq oxuma
Araz çayının İmişli rayonundan keçən hissəsində batan 11-ci sinif şagirdinin axtarışları davam etdirilir.
Moderator.az-ın xəbərinə görə, 11-ci sinifdə oxuyan Turan Mirişlinin tapılması məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri və katerləri cəlb edilib.
Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Hadisənin təfərrüatları araşdırılır.
10:02
İmişli sakini çayda çimərkən boğulub.
Moderator.az-ın məlumatına görə, hadisə rayonun Rəsullu kəndi ərazisində baş verib. Kənd sakini Turan Mirağa oğlu Mirişli dünən saat 20 radələrində Araz çayında çimən zaman suda batıb.
Onun meyitin tapılması istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırılma aparılır.