Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə keçirilən seçkinin yekununa əsasən hakim Vətəndaş Sazişi Partiyasının parlamentdə çoxluq təşkil edəcəyini və hökuməti formalaşdıracağını bəyan edib.
 




Moderator.az xəbər verir ki, Paşinyan bu barədə parlamentdə 2025-ci il büdcəsinin müzakirəsi zamanı bildirib.
 
"Yaxın aylarda bu məsələni müzakirə etmək imkanı olacaq", - deyə baş nazir qeyd edib.
 
Onun qiymətləndirməsinə görə, iyunun 7-də Ermənistan xalqı öz səsverməsi ilə dövlətin, müstəqilliyin və sülhün müdafiəsinə qalxıb. O iddia edir ki, seçkilər üçbaşlı müharibə partiyasının məğlubiyyəti olub.
 
Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, Vətəndaş Sazişi Partiyası 49.81% (727 160 səs), "Güclü Ermənistan" bloku - 23.29% (340 062), "Ermənistan" bloku - 9.94% (145 097), "Çiçəklənən Ermənistan" partiyası isə 4% (58 368 səs) səs toplayıblar.
 
Seçicilərin ümumi sayı isə 1 476 916 nəfər təşkil edib.
 
Qeyd edək ki, Ermənistanda iyunun 7-də parlament seçkiləri baş tutub. Seçkidə 16 partiya və 2 blok iştirak edib.