Nyu-Yorkun (ABŞ) mərkəzində yerləşən Penn-Steyşn vağzalının binasında bıçaqla hücum nəticəsində beş nəfər yaralanıb.
 




Bu barədə "New York Post" məlumat yayıb.
 
Məlumata görə, xəstəxanaya yerləşdirilən zərərçəkənlərdən biri ağır, ikisi isə orta-ağır dərəcəli bədən xəsarətləri alıb. Daha iki nəfərin yüngül xəsarətlər aldığı bildirilir.
 
Hüquq-mühafizə orqanları şəxsiyyəti müəyyən edilməmiş şübhəlinin saxlanıldığını açıqlayıb.
 
Qeyd olunub ki, sakinlərə hücum edən şəxs psixi pozğunluqdan əziyyət çəkir. /oxu.az/