İran prezidenti Məsud Pezeşkianın birinci müavini Məhəmməd Rza Arif İslam Respublikasının İsrailə qarşı həyata keçirdiyi son raket hücumları barədə yazıb.

Moderator.az bu haqda "Azad İran" telegram-kanalına istinadla xəbər verir.






Məlumata görə, 1-ci vitse-prezident İranın İsrailə son raket hücumu zamanı "düşmənin ən qısa zamanda Tehran tərəfindən atəşkəsin qəbul edilməsi üçün yenidən yalvarmağa məcbur olduğunu" bildirib.


"İsraillilərin həyatını iflic edəcək silahlarımız var..."


Eyni mənbənin digər məlumatına görə isə, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əlaəddin Burucerdi dövlət televiziyasında iddia edib ki, İslam Respublikasının elə silahları var ki, istifadə olunacağı təqdirdə "İsrail vətəndaşlarının həyatını iflic edə bilər".


S.Laçın