Azərbaycanın sərbəst güləş üzrə aşağı yaş qrupları üzrə milli komandaların tərkibi yenidən formalaşıb. U17 milli komandanın böyük məşqçisi vəzifəsi Hacı Əliyevə həvalə edilib.
 




Bu haqda 3 qat dünya çempionu Hacı Əliyev Moderator.az-a özəl açıqlama verib:

“Bu gün Azərbaycan Güləş Federasiyasında iclas oldu. İclasda bizim baş katibimiz Pərvin Piriyev də iştirak edirdi. Birbaşa federasiyanın prezidenti Mikayıl Cabbarovun razılığı ilə məşqçi dəyişikliyi oldu. Mən U17 milli komandasına baş məşqçi təyin olundum. İnşallah əlimdən gələni edəcəm ki, uğurlu güləşçilər yetişdirim. Məşqçi kimi planlarım Azərbaycan güləşinə dəstək olmaq, güləşimizin inkişafı üçün əlimdən gələni etməkdir. Mən yeniyetmələrə təyin olunmuşam. Yeniyetmə idmançılara düzgün yol göstərmək, düzgün təməl qoymaq lazımdır ki, gələcəkdə uğurlu güləşçilərimiz olsun. Bu il yay ayında bizi Bakıda yeniyetmələrin dünya çempionatı gözləyir. Çalışacağıq ki, öz ölkəmizdə ən azı 2-3 medal əldə edək”.

 
O daha sonra kariyerasını bitirməsinə baxmayaraq, yenə də yarışlarda iştirak edəcəyini bildirib:
 

 
“2024-cü ildə keçirilən Paris Olimpiya oyunlarından sonra kariyeramı bitirmişəm. Artıq iki ildir. Kariyeramı bitirməyimə baxmayaraq, Amerikanın Sent-Luis şəhərində keçiriləcək RAF turnirində mübarizə aparacam. Yeganə azərbaycanlı güləşçiyəm ki, orada ilk mən iştirak edəcəyəm. Çıxışım iyun ayının 13-də baş tutacaq”.
 

 
Qeyd edək ki, Hacı Əliyev iki qat Olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionudur.