Bu barədə "Variety" nəşri məlumat yayıb.
İyunun 8-də keçirilən "Xbox Games Showcase" tədbiri çərçivəsində oyunun ilk treyleri nümayiş olunub. Videoda Vensan Kassel ilk dəfə Napoleon obrazında görünür.
Çarx zamanı imperator baş qəhrəman Uilyamı yeni qazandığı qabiliyyətlərlə bağlı xəbərdar edir və oyunçulara belə bir sual ünvanlayır:
"İmperatorunuz naminə nəyi qurban verməyə hazırsınız?"
Oyunda hadisələr XIX əsr Avropasının fövqəltəbii elementlərlə zəngin alternativ versiyasında cərəyan edir. Oyunçular Böyük Ordunun Uilyam adlı dirildilmiş əsgərini idarə edəcəklər. Qəhrəman həm Napoleon dövrünə aid real silahlardan, həm də dağıdıcı fövqəltəbii qüvvələrdən istifadə edə biləcək.
"Valor Mortis"in satışa çıxarılması sentyabrın 24-nə planlaşdırılıb. Oyun "PlayStation 5", "Xbox Series S", "Xbox Series X" və PC üçün "Steam" platformasında əlçatan olacaq. Layihə, həmçinin "Xbox Game Pass" abunə xidmətinə də əlavə ediləcək. /oxu.az/