Əməkdar artist, tanınmış müğənni Almaz Orucova dünən paytaxt restoranlarından birində 60 illik yubileyini sənət yoldaşları və yaxınları ilə birlikdə qeyd edib.
Sənətkar ürək sözlərini Moderator.az-la bölüşüb:
"Mən heç vaxt dəbdəbəni, şan-şöhrəti sevməmişəm. Amma istədim ki, 60 illik yubileyimdə doğmalarımla, sənət yoldaşlarımla birlikdə olum. Bütün qonaqlara təşəkkür edirəm ki, vaxt tapıb gəliblər. Mənə içdən, ürəkdən xoş sözlər deyirlər. Dövlətim də, Mədəniyyət Naziri cənab Adil Kərimli də, "Xəzər" televiziyasının rəhbəri çox hörmətli Murad Dadaşov da mənə təbrik ünvanlayıblar. Sənətkara diqqət lazımdır. Bütün bunların hamısı olanda insan özünü necə xoşbəxt etməsin? Mən həqiqətən də xoşbəxt sənətkaram".
Doğum günündən çəkilən özəl videoları Moderator.az sizə təqdim edir.