Ağcabədidə 1 nəfər kimyəvi məhluldan zəhərlənərək ölüb.
Moderator.az xəbər verir ki, 1966-cı il təvəllüdlü Sərxan Şirinov kimyəvi məhluldan zəhərlənmə diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.