Oxu.Az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin məlumatına əsasən, magistral qaz kəmərində üç partlayış baş verib. Yanğının söndürülməsinə 25 nəfər və 7 texnika cəlb olunub.
Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat yoxdur. Ətrafdakı fərdi evlərdə yaşayan sakinlər təhlükəsizlik məqsədilə təxliyə ediliblər.
Hadisənin səbəbləri araşdırılır.