Araz çayının İmişli rayonundan keçən hissəsində batan yeniyetmənin meyiti tapılıb.
Moderator.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib Ki, iyunun 7-də Araz çayının İmişli rayonu, Rəsullu kəndi ərazisindən keçən hissəsində batan 2009-cu il təvəllüdlü Mirişli Turan Mirağa oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıcları tərəfindən batdığı yerdən 500 metr məsafədə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.