Argentina milli futbol komandası ABŞ-da keçirilən yoldaşlıq oyununda İslandiyaya qalib gəlib.
 




"Unikal" xəbər verir ki, oyun 3:0 hesabı ilə başa çatıb.
 
Qolları Valentin Barko (8-ci dəqiqə), Lionel Messi (72, penalti) və Tiaqo Almada (86) vurublar.
 
Səkkizqat "Qızıl Top" mükafatçısı L. Messi 25 mayda "İnter Mayami" və "Filadelfiya" arasında keçirilən Əsas Futbol Liqası (MLS) matçında zədə aldıqdan sonra ilk dəfə 70-ci dəqiqədə meydana daxil olub.

 
Messi karyerası ərzində bütün turnirlərdə 911 dəfə rəqib qapılarına yol tapıb. O, "Barselona"da (İspaniya) 672, PSJ-də (Fransa) 32, hazırda çıxış etdiyi ABŞ-nin "İnter Mayami" klubunda 90 dəfə bunu bacarıb.
 
Xatırladaq ki, Argentina millisi 11 iyun - 19 iyul aralığında ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının J qrupunda Əlcəzair, Avstriya və İordaniya ilə üz-üzə gələcək.