“Onun indiki rəhbərləri İrana qarşı daha ciddi təzyiq  hiss etsələr, ABŞ-la dostluq əlaqələri də yarada bilərlər...”
 




“ABŞ və İsraillə müharibələr İslam Respublikasını zəiflətmək əvəzinə onu dərin transformasiyaya uğradır. Belə olduğu halda İran artıq inqilabi ideologiyaya əsaslanan dövlət kimi yox, milli maraqlar və hərbi-praqmatik hesablamalarla hərəkət edən yeni tip regional güc kimi formalaşır...”- ABŞ-ın  "Foreign Affairs" nəşri
 
“Sizə elə gəlmirmi ki, hər söhbətimizdə İranın gücünü və imkanlarını həddindən artıq şişirdirsiz? İran necə “kamil idarəçilik və texnoloji imkanlara malik bir dövlətdir ki, həm ötən 2025-ci ildəki, həm də bu ilin fevral-mart aylarındakı savaşda ABŞ və İsrail..?”
 
Siyasi analitik Tahir Cəfərli ilə Moderator.az üçün budəfəki söhbətimizin də əsas mövzusu davam edən ABŞ+İsrail-İran qarşıdurması oldu.
 
-Tahir müəllim, bu günlərdə İranla İsrail, ardınca İranla ABŞ arasında qısa müddətli raket-dron atışmalarından sonra yenə də saat dünyanın  gözü Hörmüz  körfəzinə dikilib. Hətta belə iddialar vardır ki, Üçüncü Dünya savaşı elə buradan başlaya bilər. Çünki anti-İran koalisiyasına bəzi ölkələr də qoşula bilər. Siz nə düşünürsüz?
 
-Bu iddialarda müəyyən qədər  həqiqət vardır, ancaq bununla belə, bu haqda düşünmək hələ tezdir, çünki ABŞ-ın hələ qüdrətli iqtisadiyyatı və güclü hərbi qüvvəsi var və dünya onun  valyutası ilə idarə olunur. Bununla belə, inanılası deyil ki, İran bu günədək ABŞ-İsrail təcavüzünə ciddi sinə gərir və həmin cütlüyə qoşulan ərəb və başqa ölkələrdə olan bazaları darmadağın edir. Yeri gəlmişkən, bugecəki qarşıdurmada da İran ordusu və SEPAH bir neçə ABŞ bazasını, o cümlədən İordaniyadakı “F-35” qırıcı anqarlarını sıradan çıxarıb... Müharibə boyu alınmaz qala sayılan İsrailin hava məkanını qoruyan “Dəmir günbəz”ini deşik-deşik edib və faktiki olaraq, əgər müharibə davam edərsə, İsrail dövləti yer üzündən silinəcəkdir. Çünki psevdo dövlət olan İsrail onu əhatə edən  dövlətlərə qarşı həmişə təcavüz edib və bu təcavüzkarı ABŞ və NATO ölkələri müdafiə ediblər. İndi isə Avropa İttifaqı və NATO İsraildən uzaq durur. Səbəbi çox sadədir: bu ölkələrin iqtisadi marağında deyil ki, İran dağılsın. Hazırda isə körfəzin üzərində nəzarət İranın əlinə keçib, Aİ-nın yanacaq  təchizatının 20% dən çoxu isə buradan gedir... 
 
Aİ-a qarşı ABŞ - tutduğu mövqedə  üzə çıxmaqdadır və vəziyyətin gərginləşməsi bu ölkənin geosiyasi marağında deyil. Qısası hamıya aydındır ki, Aİ anti-İran koalisiyasına qoşulmayacaq, çünki  İranın məğlubiyyəti Avropanı yenidən ABŞ-ın satellitinə çevirə bilər...
 
-Belə çıxır ki, Birləşmiş Ştatlar İranla qarşıdurmanı uduzub?
 
-İlk baxışda belədir, ancaq dərinə getsək, ABŞ İranla müharibəni başlamaqla  qarşısına qoyduğu əsas iqtisadi məqsədlərə nail olub.  Belə ki, Hörmüzü blokadada saxlamaqlar neftin-qazın qiymətini qaldırıb, gözlənilməz gəlir əldə etməkdə, əsas rəqibi olan Aİ-nın iqtisadiyyatını dağıtmaqdadır.  Nə qədər ki, Aİ zəifləyib əldən düşməyib, ABŞ Hörmüz  körfəzindən əl çəkməyəcək. Tramp siyasətinin mahiyyətini başa düşmək üçün ilk  növbədə bu icraçı Prezidentin qarşısında ABŞ dövlətinin hansı geo-siyasi məqsədlər qoyduğunu düşünməliyik. Əsas məqsəd isə budur: nəyin bahasına olursa, olsun nadir torpaq metalları bol olan əraziləri ələ keçirmək... Bu ərazilərdən biri elə Qrenlandiyadır və Tramp açıq şəkildə  həmin adanı nəyin bahasına olursa-olsun öz tərkibinə qatmalıdır. Buna əsa maneyə isə məhz  Aİ-dır.
ABŞ elə etməlidir ki, Aİ-ə gücdən düşsün və onun məqsədlərinə nail olmasına mane olmasın
İrana qaşı müharibənin məqsədi də elə Aİ-nı yanacaqsız qoymaqla gücdən salmaqdır. Odur ki, başqa 
ölkələrdən də Aİ-yə aparılacaq yanacaq yollarının da qarşısını ala bilər. Ümumiyyətlə, bu saat ABŞ bütün tranzit yollarını nəzarətdə saxlayır və öz iqtisadiyyatının maraqlarından asılı olaraq onların işləməsini təmin edir. Vəziyyət isə belədir: ABŞ rəqib ölkələrə gedən neftin və qazın həcmini azaldır və yaxud qiymətini qaldırır. Odur ki, Hörmüzdə hibrid müharibəsini davam etdirəcək. ABŞ təcavüzkar dövlətdir və törətdiyi müharibələr nəticəsində həmişə varlanıb. İndi də belədir. Körfəzdə hibrid müharibəsinin davamı ABŞ-ı varlandırmaqda, müttəfiqlərini isə zəiflətməkdədir...
 
- Bəs belə olan halda İranı nə gözləyir? - suali yerinə düşər...
 
-Son müharibə İran dövlətinin idarəçilik sisteminin nə qədər kamil və texnoloji olduğunu, hətta dövlət başçıları və elitası öldürülən ölkənin ABŞ-a sinə gərməsi və gün-günə iqtisadiyyatını Hərbi Sənaye Kompleksinə uyğunlaşdıran bir dövlətdir. Bu saat  körfəzdən götürdüyü gəlirlərin artması, onu həqiqi regional dövlətə çevirəcək. Bunu ABŞ görür və mane olmur, çünki körfəzin blokadası ABŞ-a milyardlar gətirir. Dediklərim inanılası deyil, bununla belə, İranın tezliklə dini dövlətdən dünyəvi dövlətə çevrilə biləcəyi ehtimalından da qaçmamalıyıq. Hadisələr buna aparır. İran 3000 illik diplomatiya tarixinə malik olan bir dövlətdir. Onun indiki rəhbərləri İrana qarşı daha ciddi təzyiq  hiss etsələr, ABŞ-la dostluq əlaqələri də yarada bilərlər... 
 
Görün, ABŞ-ın ən nüfuzlu  "Foreign Affairs" nəşri yazır: 
“ABŞ və İsraillə müharibələr İslam Respublikasını zəiflətmək əvəzinə onu dərin transformasiyaya uğradır. Belə olduğu halda İran artıq inqilabi ideologiyaya əsaslanan dövlət kimi yox, milli maraqlar və hərbi-praqmatik hesablamalarla hərəkət edən yeni tip regional güc kimi formalaşır...”
 
-Düzdü, ABŞ və İsrail İrana qarşı savaşlarını haqsız olaraq başladıblar. Amma sizə elə gəlmirmi ki, hər söhbətimizdə İranın gücünü və imkanlarını həddindən artıq şişirdirsiz? İran necə “kamil idarəçilik və texnoloji imkanlara malik bir dövlətdir ki, həm ötən 2025-ci ildəki, həm də bu ilin fevral-mart aylarındakı savaşda ABŞ və İsrail başda ali dini lider Əli Xamenei olmaqla bir sıra tanınmış dövlət xadimi və generallarını bir neçə gün ərzində yerlərini dəqiq müəyyənləşdirməklə məhv etdi?
 
(Davamı var)
 
Sultan Laçın