Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dosenti dosenti Tariel Abbasov vəfat edib.
Bu barədə Moderator.az-a ali məktəbdən məlumat verilib.
O, 56 yaşında dünyasını dəyişib. Alimin ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, T.Abbasov 1970-ci ildə Bakı şəhərində anadan olub. 1986-1991-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb.
Tariel Abbasov əmək fəaliyyətinə Bakının Yasamal rayonunun 20 saylı orta məktəbində tarix müəllimi kimi başlayıb. 1992-ci ildə Qərb Universitetinin hazırlıq fakültəsində, daha sonra Politologiya kafedrasında baş müəllim, İşgüzar inzibatçılıq fakültəsində dekan müavini işləyib. 1994-cü ildə Milli Təhlükəsizlik Nazirliyinə hərbi xidmətə qəbul olunub, 2009-cu ildə ehtiyata buraxılıb. Dominos pizza
2010-cu ildə “XX əsrin 90-ci illərində Azərbaycan Respublikasının Yaxın Şərq ölkələri ilə münasibətləri ” mövzusunda dissertasiya işini müdafiə edərək, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2012-ci ildə BDU-nun Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasına 0,5 ştat baş müəllim vəzifəsinə təyin olunub. 2014-cü ildə isə həmin kafedrada tam ştat baş müəllim vəzifəsinə kecirilib. İndiyədək kafedranın dosenti kimi elmi-pedaqoji fəaliyyətini davam etdirib.
Onun tədqiqat sahəsi ABŞ-nin körfəz dövlətləri ilə münasibətləri olub. Dosent Tariel Abbasov 50-dən çox elmi məqalənin, 5 fənn proqramının, 2 dərs vəsaitinin və 2 monoqrafiyanın müəllifi idi.