Azərbaycanda bu ilin yanvar-may aylarında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb.
 




Moderator.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
 
Qeyd edilib ki, yanvar-aprel aylarında da orta illik inflyasiya eyni səviyyədə qeydə alınıb.
 
Məlumata görə, 2025-ci ilin sonuna orta illik inflyasiya göstəricisi bir il əvvəlki 2,2 faizlə müqayisədə 5,6 faizə çatıb.
 
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə əsasən, Azərbaycanda orta illik inflyasiyanın 2026-cı ildə 4,8 faiz, 2027-ci ildə isə 4,5 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.
 
Mərkəzi Bankın 2026-cı ilin fevralında açıqladığı son proqnoza görə isə cari ildə illik inflyasiya 5,9 faiz, 2027-ci ildə isə 4,5 faiz səviyyəsində gözlənilir.