Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hacıqabul rayonunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
 




Nazirlikdən Moderator.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
 
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
 
Əlavə məlumat veriləcək.