Tovuzda fermada ölüm hadisəsi olub. 
 




Moderator.az xəbər verir ki,hadisə rayonun Əyyublu kəndinin ərazisində yerləşən fermada qeydə alınıb.
 
Şəki rayon sakini, 1993-cü il təvəllüdlü Vüqar İlqar oğlu Salmanov işlədiyi fermada qəfil ölüb.
 
Ölümün səbəbləri araşdırılır. 
 
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.